Şriftin ölçüsü / 650

"Regionda kifayət qədər ciddi proseslər gedir"

02 Sentyabr 2014 [11:53]

AMİP sədri Yusif Bağırzadənin müsahibəsi:

-Yusif bəy, bu gün ölkədə müxalif siyasi təşkilatların siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif komitələr yaransa da, sizin partiya bunların heç birnin yanında yer almadı. Bunun səbəbi nədir?

- Biz belə hesab edirik ki, Azərbaycanda məhkəmələr kifayət qədər müstəqildir və hər bir şəxs siyasi fəaliyyət göstərməzdən də öncə Azərbaycan vətəndaşıdır. Bir ölkə vətəndaşı kimi də ilk olaraq ölkə qanunvericiliyinə və konstitusiyasına tabe olmalıyıq. Hər hansı bir əmələ görə məhkəmənin qərarını gözləmək lazımdır. Məhkəmə nə qərar verəcək. Məhkəmə qərarından sonra Apellyasiya Məhkəməsi, Ali Məhkəmə var. Burada da məsələ öz müsbət həllini tapmazsa Avropa Məhkəməsi var. Bu instansiyalar pillə-pilə keçilməlidir. O baxımdan biz indidən bu həbsləri siyasiləşdirməyi düzgün saymırıq. Hətta bu həbslərlə bağlı başlanan siyasi kampaniyalar məhkəməyə təzyiq kimi qiymətlənidirilməlidir. Ona görə də AMİP olaraq biz bu tərdbirlərdə iştirak etmirik.

-Baxmayaraq ki, bəzi müxalifət partiyaları bu prosesə qoşulsa da, yenə də birlik nümayiş etdirə bilmir və nəticədə bir neçə müdafi komitəsi yaranıb. Buna necə baxırsınız?

-Hər bir siyasi təşkilat öz qərarında müstəqildir. Ona görə də bi AMİP olaraq digər siyasi təşkilatların tutduğu yola və fəaliyyət istiqamətinə irad tuta bilmərik və bunu düzgün addım hesab etmirik. Biz bunu başqa bir müstəqil təşkilatın daxili işinə müdaxilə kimi qiymətləndiririk. Əgər söhbət AMİP-dən gedirsə, onu deyə bilərəm ki, burada iştirakımız məcburi deyil və iştirak etməməklə də bağlı arqumentimizi yuxarıda izah etmişəm. Biz hesab edirik ki, bu həbsləri siyasiləşdirmək düz deyil. Əksinə həbdsdə olan şəxs haqqındakı məhkəmə qərarına mənfi təsir edə bilər.

-Bəs qarşılıqlı itihamlara necə baxırsınız. Axi AMİP-də bu ittihamlara tuş gəlib?

-Bir daha təkrar edirəm ki, biz artıq fəaliyyətinə görə digər siyasi fəaliyyətinə və qərarına görə suçlamaq ənənəsindən əl çəkməliyik. Hər bir təşkilatın öz dəsti xətti var və ona hörmətlə yanaşmaq lazımdır. Necə ki, biz digərlərinin fəaliyyətinə hörmətlə yanaşırıqsa, digərlərindən də özümüzə qarşı hörmət tələb edirik. Və hesab edirəm ki, siyasi təşkilatlar bundan sonrakı fəaliyyətində bu prinsipi əsas götürməlidrilər.

-Yusif bəy bu gün Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirildi. Siz bu görüşü necə dəyərləndiririsiniz?

-Regionda kifayət qədər ciddi proseslər gedir. Bu gün Azərbaycan Ermənistandan fəqrli olaraq hər hansı hərbi siyasi blokun üzvü deyil. Amma ərazi bütövlüyümüz pozulub, torpaqlarımız işğal altındadır. Eyni zamanda mütəmadi olaraq dövlətçiliyimizə də təhdidlər olur. Bu baxımdam mən Azərbaycan-Türkiyə-Gürcüstan strateji müttəfiqliyini əhəmiyyətli hesab edirəm və bu əməkdaşlığı inkişaf etdirməliyik. Ona görə də bu görüş alq;şlanmalıdır. Bütün bu dediklərimi nəzərə alaraq deyə bilərm ki, biz hər zaman Türkiyənin hərbi gücündən yararlanmalıyıq və üç ölkə arasında strateji əməkdaşlıq daha da dərinləşdirilməlidir.

- Yəni görüşün Naxçıvanda görüşün keçirilməsinin simvolik mənası var?

- Bəli. Bu görüşün Azərbaycana qarşı təhdid yolunu seçən regionun bəzi ölkələrinə, o cümlədən Ermənistana bir mesajdır. /moderator.az/