Şriftin ölçüsü / 670

Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar

Həftənin sonunadək Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək.

02 Sentyabr 2014 [18:25]
Həftənin sonunadək Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək.

APA - nın "censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu İtaliya xarici işlər naziri Federika Mogerini Avropa Parlamentinin xarici işlər komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalar paketi sentyabrın 5-dək qəbul edilməlidir.

F. Mogerini əlavə edib ki, ötən şənbə günü Milanda Avropa İttifaqı ölkələri liderlərinin sammitində Avropa Komissiyasına Rusiyaya qarşı yeni sanksiyalar barədə təkliflər hazırlamaq tapşırığı verilib: "Yeni sanksiyalar paketi çərşənbə günü hazır olacaq. Sentyabrın 5-dək isə Avropa İttifaqının müvafiq qərarı açıqlanacaq”.