Şriftin ölçüsü / 671

Fransa parlamentində qondarma layihə

04 Sentyabr 2014 [13:18]
Fransa parlamentinin ermənipərəst deputatı Valeri Buaye "erməni soyqırımı” faktını inkar edənlərə qarşı cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb.

Ermənistan  xəbər verir ki, qanun XX əsrdə baş vermiş bütün soyqırımları inkar etməyi kriminallaşdırır. Buayenin sözlərinə görə, ötən il Konstitusiya Məhkəməsinin rədd etdiyi qanun layihəsindən fərqli olaraq "erməni soyqırımı” ilə bağlı hazırlanan yeni qanun hüquqi maneələri aşa biləcək: "Mən qanun layihəsinin yeni və novator nümunəsi üzərində tanınmış hüquqşünaslarla – cinayət hüququ üzrə mütəxəssislərlə birlikdə çalışmışam. Bunun sayəsində Konstitusiya Şurasının rəyi əsasında müəyyən olunan hüquqi tələlərdən də çıxa bilərik”.

Xatırladaq ki, ermənilərin kompakt yaşadığı Marsel şəhərindən parlamentə deputat seçilən 52 yaşlı Buaye 2011-ci ildə rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağı ziyarət etdiyi üçün Azərbaycan XİN-in "arzuolunmaz şəxslər” siyahısına salınıb. O, Fransa parlamentinin 2011-ci il dekabrın 22-də qəbul etdiyi və sonradan Konstitusiya Şurasının dondurduğu "erməni soyqırımı”nın inkarını kriminallaşdıran qanun layihəsinin də müəllifi olub.


Fəfa Vaqifqızı