Şriftin ölçüsü / 724

AMİP sədri

Yusif Qəzənfər oğlu Bağırzadə

08 Oktyabr 2014 [12:12]

1961-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1995-ci ilə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır.

1995-ci ildə Gəncə şəhəri 33 nömrəli dairədən 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclis Dövlət Quruculuğu və Hüquq Siyasəti Komissiyasi sədr müavini, ATƏT Parlament Assambleyası nümayədə heyətinin üzvü, Qaradəniz İqtisadi Əməkdaşlıq Komitəsinin Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının üzvü olmuşdur.

2003-2006-cı illər Azərbaycan Respublikası Mərkəzi Seçki Kommissiyasının üzvü olmuşdur.

2010-cu ildən Azərbaycan Milli İstiqlal Partiyasının sədridir.
Evlidir. 3 övladı var.