Şriftin ölçüsü / 566

AMİP Baş Katibi

Arzuxan Baxşəli oğlu Əlizadə

08 Oktyabr 2014 [12:17]

1965 –ci il martın 18-də Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Müxtəlif illərdə icra hakimiyyəti orqanlarında hüquqşünas, şöbə müdiri, müstəqil hüquq firmasında hüquq məsləhətçisi, vəkil vəzifələrində işləmişdir. 2001-2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ” kafedrasının müəllimi kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının dissertantıdır. İnsan hüquq və azadlıqlarına dair bir neçə broşüra və məqalələrin müəllifidir.

2005-2006-сı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur. 2004 və 2009-cu il bələdiyyə seçkilərində Bakıxanov bələdiyyəsinin üzvü seçilmişdir. Bakıxanov Bələdiyyəsinin Hüquq komissiyasının Sədridir.

1995-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 1998-ci ildən AMİP Mərkəzi Şurasının, 2000-ci ildən AMİP Siyasi Şurasının üzvü seçilmişdir. 2005-2006-cı illərdə AMİP Baş katibi olmuşdur.

2010-cu ildən yenidən AMİP Baş Katibidir.

Ailəlidir, üç övladı var.