Şriftin ölçüsü / 1036

AMİP Qadınlar Təşkilatının sədri

Aminə Ağamirzə qızı Vəliyeva

08 Oktyabr 2014 [13:01]

22 noyabr 1951-ci ildə Göyçay rayonunun, Şıxlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Uzun müddət müxtəlif sahələrdə çalışıb. 1998-ci ilədək "Zərgərlik” Azərbaycan Sənaye Birliyində nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib.

Milli Azadlıq Hərakatının fəal iştirakçılarındandır. 1992-ci ildən AMİP sıralarındadır. AMİP-in II-X Qurultaylarına nümayəndə seçilib. 1998-ci ildən AMİP Siyasi Şurasının üzvüdür. Eyni zamanda Partiyanın Qadınlar Təşkilatının sədridir.

3 övladı var.