Şriftin ölçüsü / 653

Sarksiyanın başı dərddə

09 Oktyabr 2014 [17:08]
Bu gün Yerevanda Ermənistanın Gömrük İttifaqına daxil olmasının əleyhdarlarının mitinqi keçiriləcək.

 Erməni mətbuatının məlumatına görə, etirazçılar Sarkisyanı bu qərarından vaz keçməyə çağırır.

Onlar Ermənistanın suverenliyinə hörmət etməyi, 10 oktyabrda Minskdə imzalanacaq müqaviləyə imza atmamağı tələb edirlər. Mitinqdə həçinin, Sarkisyanın istefası tələb olunacaq. Aksiyanın əsas şüarının "Sarkisyan, rədd ol Moskvaya!" olacağı bildirilir.
Mitinq Yerevanın Azadlıq meydanında keçiriləcək.