Şriftin ölçüsü / 574

"Dağlıq Qarabağın həllinin iki optimal yolu var"

"Dağlıq Qarabağın həllinin iki optimal yolu var"

10 Oktyabr 2014 [16:15]

ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İlham Əliyev bildirib ki, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub: "Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb.

Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumdaxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb".

Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, ilin əvvəlindən Azərbaycana 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır: "İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb".
Dövlət başçısı bildirib ki, Dünya İqtisadi For

umunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. İlham Əliyevin sözlərinə görə, bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb.
Dövlət başçısı qeyd edib ki, ötən doqquz ayda sosial layihələrin icrası davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olub: "Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir".

Prezident vurğulayıb ki, artıq bir çox sahədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir: "Bunu bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqlədi".

Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən İlham Əliyev qeyd edib ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır: "Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi".
Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan "Cənub" qaz dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşüb və bunu tarixi hadisə adlandırıb

.
Bütün bu iqtisadi irəliləyişlərin Azərbaycanın qarşısında duran və ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin diplomatik və hərbi müstəvidə həllinə nə kimi təsiri ola bilər?

Müxalifətdə olan Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, onlar partiya olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin ən optimal iki yolunu görürlər. Müsahibimizin sözlərinə görə, bunlardan biri ölkənin iqtisadi yüksəlişi, digəri isə stabilliyin qorunmasıdır: "Müşavirədəki çıxışında Prezident iqtisadi inkişafı səciyyələndirən bir sıra rəqəmləri açıqladı. Bunları inkar etmək olmaz. Yəni bu gün kimsə desə ki, Azərbaycanda iqtisadi inkişaf yoxdur tamamilə yanılmış olar. Bunu deyən adam tapılarsa, demək qərəzlidir. Azərbaycan MDB ölkələri arasında öz inkişaf tempinə görə liderlik edir. Təbii ki, bütün bu faktorların Azərbaycanın problemlərinin nizama salınması proseslərinə mühüm təsirləri var. Varlı ölkənin təminatlı vətəndaşı və güclü ordusu olur. Hazırkı vəziyyətimizdə bizim üçün bu faktorlar olduqca önəmlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini bildirib, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistanın məhəl qoymadığından danışıb. Ölkənin dinamik inkişafı daha da sürətləndirilməlidir ki, biz qarşımızda duran mühüm problemimizi həll edə bilək".

Məhəmmədəli QƏRİBLİ