Şriftin ölçüsü / 704

AMİP MŞ-nın mitinqinə qatılmayacaq

AMİP MŞ-nın mitinqinə qatılmayacaq

10 Oktyabr 2014 [16:20]

AMİP Milli Şuranın 12 oktyabra təyin etdiyi mitinqə qatılmayacaq. Cünki siyasi motivlə məhbus hesab edilənlərin bir qisminin istintaq prosesi hələ yekunlaşmayıb. Ona görə də bu hal istintaqa və məhkəməyə təzyiq də sayıla bilər. Eyni zamanda siyasi məhbus anlayışı hüquqi termin kimi nə beynəlxalq hüquq normalarında, nə də ölkə qanunvericiliyində öz əksini tapmayıb.

Problemin həlli küçələrdə və kütləvi aksiyalarda deyil, qanunların işləməsinə nail olmaqda, düşmənçilikdən əl çəkməkdə, iqtidar-müxalifət münasibətlərinin normal məcraya yönəldilməsində və sivil qaydalara və normalara əməl etməkdədir O zaman belə məsələlərlə bağlı kütləvi aksiyalara ehtiyac qalmayacaq.

Lakin bununla belə partiya öz üzvlərinin konstitusion hüquqlarının məhdudlaşdırmayacaq.


Millət