Şriftin ölçüsü / 666

Qazax rayonunun icra hakimiyyəti Milli Qəhrəman atasını aldadıb

10 Oktyabr 2014 [18:41]

Qazax rayonunda yaşayan Milli Qəhrəman Şamoy Çobanovun atası Möhəddin İsi oğlu icra hakimiyyəti başçısının müavini Mamed Alıyevin yalan vədlərinin bəlasına düşüb. Rayondan aldığımız məlumata görə, icra başçısının müavini şəhid atasına söz verib ki, elektrik enerjisindən istifadəyə görə xərcləri icra hakimiyyəti qarşılayacaq. Bundan arxayın olan şəhid atası istifadə etdiyi enerji pulunu ödəməyib. Lakin sonradan məlum olub ki, heç bir ödəniş aparılmayıb və nəticədə, 700 manat borc yaranıb. Enerji satış idarəsi isə həmin məbləğın qısa vaxt ərzində ödənilməyəcəyi təqdirdə enerji verilməsini dayandıracaqlarını bildiriblər. Bu azmış kimi işlədilən təbii qaza görə sonuncu ay üçün 8 manat ödəniş etsə də, sonradan onun yaşadığı ünvana 30 manat borcla bağlı bildiriş xəbərdarlıq gəlib.

Durduğu yerdə işə düşən Milli Qəhrəman atası Möhəddin kişi çıxılmaz vəziyyətdə qalıb. Dəfələrlə aidiyyatı qurumlara problemi diqqətə çatdırsa da, payız və qış aylarında işiqsız, qazsız qalma təhlükəsi ilə üzləşib. Başçının yalançı müavini Mamed Alıyev isə sözünün üstündə durmaq istəmir.


Fərid Pəmbəkli