Şriftin ölçüsü / 742

Partiya Katibindən iddialı açıqlama

13 Oktyabr 2014 [14:17]

Məlum olduğu kimi bu ilin sonunda ölkədə bələdiyyə seçkiləri keçiriləcək. AMİP bu seçkilərdə fəaliyyəti daha da gücləndirmək üçün bir müddət əvvəl qərar qəbul edib. Ötən müddət ərzində partiyanın Siyasi Şurasının məlum qərarı ilə bağlı yerlərdə hazırlıq işlərinin vəziyyəti ilə bağlı "Millət” qəzeti bələdiyyələrlə iş üzrə katib Afsəddin Nəbiyevlə əlaqə saxlayıb.

Bələdiyyə katibi bildirib ki, "Bələdiyyə hazırlıqları fəaliyyət planına uyğun şəkildə gedir . Bu seçki heç də asan seçki olmayacaq. Ona görə də üzərimizə düşən işlərin öhdəsindən gəlməyə çalışırıq. İddiamız böyükdür. Çalışacağıq ki, butun bölgələrimizdən təmsil olunan namızədlərimiz olsun. Və yerli idarəetmə qurumunda daha çox təmsil olunaq.Onların dəqiq sayı yaxın vaxtlarda məlum olacaq”.


Fərid Pəmbəkli