Şriftin ölçüsü / 747

Türk təyyarələri PKK-şılara aman vermədi

14 Oktyabr 2014 [13:50]
Türkiyə Hərbi Hava Qüvvələri uzun fasilədən sonra PKK terror təşkilatının mövqelərinə zərbələr endirib.

APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, PKK-çıların Türkiyə-İraq sərhədindəki Dağlıca zastavasını son 3 gün ərzində dəfələrlə atəşə tutmasından sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının qərarı ilə Diyarbəkir və Malatyadakı aviabazalardan qalxan "F-16” və "F-4” hərbi təyyarələri terrorçuların mövqelərini bombardman edib. Əməliyyat nəticəsində terrorçuların ciddi itki verdiyi bildirilir.

Qeyd edək ki, kürd probleminin həlli üzrə "çözüm sürəci” başladıqdan bəri ilk dəfədir ki, Türkiyə ordusu PKK-çılara qarşı aviazərbələr endirir.