Həyat
məhv olmaq üzrədi. Küçəyə çıxıram, insanların üzünə baxanda yadıma ölümdən
başqa heç nə düşmür. Hər tərəf sükuta – ölüm sükutuna qərq olmuşdur. Marşrutda
gedən insanlar da piyada yol gedənlər də, hansısa da oturacaqda əyləşib dərin
fikrə qərq olanlar da, – bir sözlə hamının sifətinə bir ölüm rəngi çökmüşdür.
Hamı sanki ölməyə gedir.
Yurdumun insanlarının əlindən nəşəni alan nədir belə? Onların
gələcəyə inamı itirmişdir. Əgər bir vaxt 1000 manata – indiki 20 qəpiyə on kilo ət ala bilərdilərsə, bu gün ətin kilosu
on manatadır. Yəni 50 dəfə qiymətdən düşmüşdür.
Bir zaman insanlar özlərinə ev almaq və ya tikdirmək imkanına malik
idilər. Bu gün (qanımızı soran zəlilər müstəsna olmaqla) müəllim, həkim,
mühəndis, fəhlə aldığı əmək haqqı ilə ömrü boyu yeməsə, içməsə, geyiminə
xərcləməsə özünə ev ala bilməz. Ev almaq imkanı yoxdursa deməli ailə qura
bilməz. Ailə qura bilməzsə deməli gələcəyimiz yoxdur.
İyirmi ildən çoxdu torpaqlarımız işğal altındadır. İyirmi ildən
çoxdur babalarımızın ruhu narahatdır. Sərvətlərimiz düşmənlərimizin havadarlarına
paylanır. Zavod, fabriklərimiz dağıdılmış, başqa ölkələrin vətəndaşları
ölkəmizdə sərvət sahibi – ağadırlar, Azərbaycan vətəndaşları onların qullarına
çevrilmişlər. Təhsil, səhiyyə məhv edilmişdir, ordu yadellilərin əlindədir,
ərzağımız şəkər, xərçəng və digər təhlükəli viruslarla dəyişdirilmiş, İrana,
Türkiyəyə müalicəyə gedən, yaxud xaricə getmək imkanı olmayan, səriştəsiz
"həkimlərimiz”in əlində dünyasını dəyişən insanların şahidiyik. Belə vəziyyətdə
telekanallara çıxıb "inkişafımızdan” dəm vuranların həyasızlığını görəndə
adamın yadına bu el məsəli düşür: