Şriftin ölçüsü / 846

28 Oktyabr 2014 [18:38]
2014-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatına namizədlərin adı açıqlanıb.

Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, 23 futbolçunun yer aldığı siyahıda "Bavariya", "Real", "Barselona" klubunun oyunçuları üstünlük təşkil edib.

Bastian Şvaynştayqer, Mario Qötze, Filipp Lam, Tomas Müler, Manuel Noyer (hamısı Almaniya, "Bavariya"), Aryen Robben (Hollandiya, "Bavariya"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Toni Kroos (Almaniya, "Real"), Serxio Ramos (İspaniya, "Real"), Xames Rodriqes (Kolumbiya, "Real"), Dieqo Kosta (İspaniya, "Çelsi"), Tibo Kurtua, Eden Hazard (hər ikisi Belçika, "Çelsi"), Anxel di Mariya (Argentina, "Mançester Yunayted"), Zlatan İbrahimoviç (İsveç, PSJ, Yaya Ture (Fil Dişi Sahili, "Mançester Siti"), Pol Poqba (Fransa, "Yuventus"), Neymar (Braziliya, "Barselona"), Lionel Messi, Xavyer Maskerano (hər ikisi Argentina, "Barselona", Andres İnyesta (İspaniya, "Barselona").