Şriftin ölçüsü / 1106

Prezidentlərin Fransada görüşləri nəyi dəyişəcək?

28 Oktyabr 2014 [18:43]
Oktyabrın 27-də Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı xəbər yayıb.
Sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

20.22

Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü başa çatıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib.

Görüşün təfərrüatları hələlik açıqlanmır

Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş başlayıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan Prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb.

Bu görüşdən sonra prezidentlərin ikitərəfli görüşü keçirilir.

• Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib (FOTO)Yüklə
• Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib (FOTO)Yüklə
• Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib (FOTO)Yüklə
• Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib (FOTO)Yüklə
• Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib (FOTO)Yüklə

Fransua Olland irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirib.
APA-nın Yelisey Sarayının rəsmi saytına istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi də daha sonra görüşə qatılıblar.
"Bu Sammit Fransa prezidentin bu ilin may ayında Cənubi Qafqaz ölkələrinə etdiyi səfərdən sonra gerçəkləşib. Bu səfər ərzində Fransua Olland Fransanın Minsk qrupunun həmsədr ölkəsi qismində atəşkəsin qüvvəyə minməsindən 20 il sonra bu münaqişənin sülh yolu ilə həllinin tapılması üçün vasitəçilik missiyasını davam etdirəcəyi öhdəliyini yenidən təsdiqlədiyini bildirib.
Bu yay Dağlıq Qarabağda çoxsaylı itkilərə, o cümlədən mülki vətəndaşların itkisinə səbəb olan silahlı insidentlərin artması kontekstində, Paris Sammiti Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa dialoqun bərpasına imkan yaratdı. Fransa prezidenti tərəflər arasında bölgədə gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib.
Ermənistan və Azərbaycan prezidentləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.
Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə və davamlı həlli istiqamətindəki səylərini intensifləşdirməyə çağırıb. O, hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd edib.
Fransua Olland hər iki ölkənin prezidentlərini aralarındakı fikir ayrılıqlarını üstələmək və öz əhalilərini sülhə hazırlamaq üçün zəruri olan siyasi iradə nümayiş etdirməyə çağırıb. O,irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.
Azərbaycan və Ermənistan prezidentləri BMT-nin Baş Assambleyasının 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək toplantısı çərçivısində görüşməklə, danışıqları davam etdirmək haqqıda razılığa gəliblər” deyə rəsmi açıqlamada qeyd olunub.

Millət