Şriftin ölçüsü / 650

Separatçılar müharibəyə hazırlaşır

30 Oktyabr 2014 [16:55]
Donbasdakı separatçılar yenidən hərbi əməliyyatlara hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu barədə qondarma "Donetsk Xalq Respublikası"nın baş naziri Aleksandr Zaxarçenko Finlandiyanın "Yle” nəşrinə verdiyi açıqlamasında deyib.

"Ali Radaya seçkilər bizi iki aspektdən maraqlandırırdı: sülh yoxsa müharibə partiyası qalib gələcək? Müharibə partiyası qalib gəldi, buna görə də biz müharibəyə hazırlaşırıq”, - Zaxarçenko deyib.