Şriftin ölçüsü / 619

"Danışıqlar davam etdirilməlidir"

30 Oktyabr 2014 [17:02]
Dağlıq Qarabağ münaqişəsi tərəfləri uzunmüddətli sülhə nail olmaq üçün konstruktiv addımları davam etdirməlidirlər. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ceyn Psaki Vaşinqtinda keçirilən brifinqdə prezident İlham Əliyevlə Serj Sarkisyanın Paris görüşünün yekunları ilə bağlı bildirib.

"Tərəflər üç prezidentin görüşündə başlamış dialoqu davam etdirməklə etimad tədbirlərini möhkəmləndirə bilər”, o qeyd edib.

Dövlət katibi Con Kerri də Uelsdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb. Məqsəd davamlı sülhə nail olmaqdır. Lakin biz bunu dialoqun davam etdirilməsində görürük”, C.Psaki vurğulayıb ("Amerikanın səsi").