Şriftin ölçüsü / 661

İsveç Fələstini dövlət kimi rəsmən tanıdı

30 Oktyabr 2014 [17:08]
İsveç hökuməti Fələstini dövlət kimi rəsmən tanıyıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyi artıq bununla bağlı rəsmi məlumat yayıb. İsveçin yeni baş naziri Stefan Leven hələ oktyabrın 3-də ölkəsinin Fələstini müstəqil dövlət tanımaq niyyətində olduğunu bildirmişdi. İsveç Avropa Birliyi ölkələri arasında bu addımı atan ilk ölkədir.

Xatırladaq ki, dünyanın 134 ölkəsi Fələstin dövlətini rəsmən tanıyıb.