Şriftin ölçüsü / 746

"Türkiyə və Azərbaycan çox mühüm iqtisadi layihələr həyata keçiriblər"

31 Oktyabr 2014 [18:16]
Türkiyə və Azərbaycan çox mühüm iqtisadi layihələr həyata keçiriblər. Trend TRT Turk telekanalına istinadən bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu cümə axşamı bildirib.

Baş nazirin sözlərinə görə, belə layihələrdən biri TANAP-dır.

Davudoğlu qeyd edib ki, Türkiyə və Azərbaycan bu layihə sayəsində Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdiriblər. O, həmçinin bildirib ki, tərəflər belə iqtisadi layihələri davam etdirmək niyyətindədirlər.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.

TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir. Türkiyə Nazirlər Kabinetinin oktyabrın 21-də qəbul etdiyi qərara əsasən, Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq.