Müdafiə Nazirliyinin rəsmi saytına
istinadən məlumat verir ki,Ermənistan Respublikası Silahlı Qüvvələri
tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası
cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata
keçirirlər.
Davamlı olaraq
mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi
aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar
keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli
kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası
Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək
mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş
nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.