Şriftin ölçüsü / 788

Türkçülük hərəkatı demokratik hərakatdır

18 Noyabr 2014 [17:26]
Türk imperatorluqlarında həmişə düşüncə azadlığına hörmətlə yanaşılıb. Heç bir zaman rejim öz millətinə qarşı siyasi represiyalar tətbiq etməyib.

İslam dini imperatorların hakimiyyətlərinə yol açan zamandan,türk milləti zaman-zaman siyasi represiyalara məruz qalaraq, cəhalətin qaranlıqlarına yuvarlandı.

Bu günə qədər Türk dövlətlərində məhz islamın şəriət qanunlarının əsarətinə düşmüş türk cəmiyyətləri demokratik sistemi qura bilmir.

Müasir dünyanın demokratiya şəraitndə yaşamasına baxmayaraq,əksər müsəlmanlar yaşayan dövlətlərdə xaos və qanunszuluq ən yaxşı halda isə avtoritar və diktatura rejimləri hakimiyyətdədir.
Bu gün əhalisinin yarısı türk olan Rusiya, məhz müsəlman türklərin itaətkarlığı sayəsində diktator Putinin sərsəm iddilarının qurbanıdır.

Azərbaycan,Özbəkistan,Qazağıstan,Türkmənistan,Qırğızıstan məhz türk müsəlman əhalinin dini idarələrinin hakimiyyətlərə xidməti sayəsində,öz hüquqları uğrunda sonadək mübarizə apara bilmədiklərindən,avtoritar sistemlərin, və diktatorların köləsinə çevriliblər.
Azərbaycan vətəndaşı Azərbaycan respublikasının konstitusiyasına əməl edib yaşamalıdır.Heç bir təriqət cəmiyyətə öz şəriət qaydalarını məcburən tətbiq edə bilməz.

Biz dinlərin cəhalətindən xilas olmasaq,ölkəmizdə azad və demokratik dövlət qura bilməyəcəyik.

Şakir Ulubəy.