Şriftin ölçüsü / 703

Turan mədəniyyəti, turk birliyinin əsasıdır

01 Dekabr 2014 [13:15]
-Millətçi düşüncəyə sahib olmayan insan nə dövlətçi nə də dindar ola bilər,olarsa onun fəaliyyətindən cəmiyyət heç bir fayda görməz..Bu günə qədər yaşamış millət üzvlərimizin hər biri millətimiz üçün çox kiçik bir müsbət əməldə bulunsaydılar ,bu gün biz tamam başqa bir vəziyyətdə olardıq.

İnsan inkişafının ən ali mərhələsi, həmin insanın ümumi bir toplumun məsuliyyətini bölüşən anında başalyır.Başqasi üçün,ailən,tayfan və sonda millətin üçün ,intelektini,fiziki gücünü və malını qurban vermək anında başlayaır sənin Tanrı qarşısında kı borc öhdəliyin.Qazanılmış ən böyük dəyər,könüllü olaraq Tanrının sənə bəxş etdiyi keyfiyyətlərin bir hissəsini, səninlə eyni bir dünyagörüşü bölən insanlara verilməsidir.Bu mərhələdən sonra isə sənin bütün bəşər haqqında düşünməyin, artıq sənin bir toplumun deyil böyük svilizasiya və kainat və insan cəmiyyətləri haqında düşünməyinə yol açılır.

İlkin mərhələd isə sən, Tanrının səni birgə yaratdığı və hər bir toplum üzvünün fəaliyyəti nəticəsində formalaşan bir milllətin yaranmasına kömək etməlisən. Bu millət dediyimiz varlıq, milyonların birgə yaratdığı möcüzədir.

Millətçilik həmin mədəniyyətin daşıyıcısı,təbliğatçısıdır.Yalnız millət halına gələrək böyük mədəniyyət yaratmaq olar.Beynəlmiləçi yalnız millətçilk mərhələsini keçən insanların,ümumi bir mədəniyyətə verəcəyi milli keyfiyyətlərin töhfələrinə görə müəyyənləşir.

Hansı mədəniyyətin dağıyıcısı məlum olmayan adamlar, svilizasiyaya heç bir yenilik və keyfiyət gətirə bilməz.Süni və sintetik mədəniyyət yoxdur.Mədəniyyət kültürdən sonrakı mərhələdə Tanrının insana bəxş etdiyi istedadların məhsuludur.Hər bir millət dünyaya öz mədəniyyətinin gözü ilə baxır.Hansı millətin kültürü dünya mədəniyəti səviyyəinə yaxındırsa həmin millətin dahiləridə bu mədəniyyətə çətinlik çəkmədən qoşulacaq və dünya mədəniyyətinə incilər bəxş edəcəkdir.

Böyük Türk milləti onlarla yerə parçalanaraq müxtəlif milli kültürləri yaratmaq cəhdlərində bulunmaqdadırlr,bununlada böyük Türk mədəniyyətini yartmaq imknalarından məhrum olmuşlar.
Dünya bu gün Türk kültürünün ecazkar nəqşlərindən, incilərindən, məhrumdur. Türk hüquq və dövlət ququculuğu və cəmiyyətlərin idarə edilməsindən tam xəbərdar deyildir.
*Dünya Türk millətinin ədalət fəlsəfəsinə möhtacdır.*

Böyük Türk, kültürünü, dünya mədəniyyətinə çox çevik olaraq çatdırmalıdır. Bunun üçün ,bütün qövmələr,boylar,soylar, və türk kültürünə aid btün toplumlar TURAN MƏDƏNİYYƏTİ ADI ALTINDA BİRLƏŞMƏLİDİR.

Dünya mədəniyyəti, Böyük Türk kültürün zənginliyini hiss etməli, svilizasiyaya daha böyük miqdarda türk geninin qəbul edilməsində maraqlı olmalıdır.

Bu gün dünya mədəniyyəti yeni bir Türk zənginliyini qəbul etməklə yeni nəfəs qazanmış olar və svilizasiya bir qədər də insaniləşər,və təbiiləşər.

Türk millətçisinin Tanrı qarşısında borcu ondan ibarətdir ki,milli kültürü daha da zənginləşdirib onu dünya mıədnəiyyətinə çevirsin.Milli keyfiyətləri elə incəlik və ustlıqla ,elə mahir siyasətlə irəli aparmaq lazımdır ki, heç bir digər milli qruplar əndişəyə düşməsin. Bu gün Azərbaycan kültürünü dünya mədəniyyətinə çatdıra bilən hər bir vətəndaşımız millətçilk adını daşımağa layiq insanlardır. Biz maddi sərvətlərimizi ucqar kəndlərdən mərkəzə gətirib onu respublikamızdan kənara aparanalara necə təhfil verirksə,milli kültürüdə ucqarlardan, komalardan,yurdlardan,eldən mərkəzə daşımalı və onu dünya səviyyətinə çıxara bilən millət üzvlərimizə təhfil verməliyik.
Bu müqəddəs fəaliyyətdə,Azərbaycan da yaşayan hər bir yerli xalqın milli xüsusiyyətləindən geniş istifadə edilməli və ayrı seçkilk salınmamalıdır.

Lakin dünya mədəniyyəti eləbir yüksək mərhələyə çatıb ki, hər gətirilən kültür nümunəsini qəbul etmir. Bu kültür nümunələri Bakıda mərkəzlərdə cilalanmalıdır.Bunun üçün dövlət tərəfindən xalq bilicilərinin köməyi və mütəxəssilərin yardımı və iştirakı ilə milli kültür nümunələrini yüksək səviyyəyə çatdırmaq üçün kültür mərkəzləri olmalıdır.

Bunlar indiki kimi yalnız reklam xatirinə və kiminsə adı ilə bağlayıb,süni pərəstiş yaratmaq üçün deyil,həqiqəən millətin kültürünə xidmət etmək üçün yaradılmalıdır.

Hər bir Türk dövlətlərində olan milli kültür mərkəzləri bir proqram əsasında fəaliyyət göstərməli,və Türk mədəniyyəti adı altında dünya səviyyəsinə çıxarılmalıdır.Müxtəlif adlar altında azərbaycan, özbək, tatar,qırğız,qazax və cairə adlar altında deyil Türk mədəniyyəti adı altında tanıdılmalıdır.

Azərbaycan Türk millətçisinin üzərinə daha böyük vəzifə düşür.Biz digər türk qövmlərindən bu məsələdə daha böyük işlər görməliyik. Yerləşdiyimiz ərazi və malik olduğumuz bilgilər,elm,və dünyagörüş bir ortaq Türk mədəniyyətinin yaradılmasında bizim əhəmiyyətimiz bir az da artırır.
TURAN MƏDƏNİYYƏTİ, TURK BİRLİYİNİN ƏSASIDIR.


Şakir Ulubəy