Şriftin ölçüsü / 656

İki qitə arasında körpü

01 Dekabr 2014 [13:54]

Roma Papası Fransiskin Türkiyə səfərini 900-dən çox xarici jurnalistin müşayət etməsi bu səfərin tarixi bir səfər olduğunu göstərir.

Roma Papası Fransisk Türkiyəni iki qitə arasında körpü adlandırır. Onun Türkiyəyə belə yüksək qiymət verməsi həddindən artıq çox sevindirici haldır. Bu bir qitənin digər qitəyə verdiyi qiymətdir.

Türkiyə Şərqlə Qərb arasında həqiqətəndə körpü rolunu oynayır. Alternativ enerji daşıyıcılarının Avropaya çıxarılmasında Türkiyə əhəmiyyət daşıyır.

Türkiyə yeganə müsəlman dövlətidir ki, dünyanın ən güclü hərbi bloku olan NATO-da təmsil olunur. Atatürk "Yurdda sülh, cahanda sülh” dedi. Türkiyə dünyada sülhün qorunmasına öz tövhəsini verib və bu davam etməkdədir.

Roma Papasının bu tarixi səfəri alqışa laiqdir.


Akif Muradov