Şriftin ölçüsü / 718

Ukraynalılar Avropaya vizasız gedəcəklər

01 Dekabr 2014 [17:38]
2015-ci ilin payızından etibarən ukraynalılar biometrik pasportlar vasitəsilə Avropaya vizasız səfər edə biləcəklər.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna xarici işlər naziri müavini Yelena Zerkal xəbər verib.

"Biz çalışırıq ki, AB Ukraynaya vizasız status versin, sentyabr-oktyabr aylarında isə ukraynalıların biometrik pasportları ilə viza tələb olunmadan səyahət edə bilməsinə nail olaq”- deyə nazir müavini yerli "İnter" telekanalında çıxışı zamanı bildirib.

Bu arada o biometrik xarici pasportların paylanmasının 2015-ci ilin 1 yanvar tarixinə planlaşdırıldığını qeyd edib. Lakin AB pasportların paylanmasını, sistemin işləməsini, seriya istehsalının təhlükəsizliyini qiymətləndirməyənə qədər viza rejiminin ləğvi mümkün olmayacaq. Bu isə vaxt tələb edir.

Qeyd edək ki, ABŞ-da 2001-ci il 11 sentyabr hadisəsindən sonra tətbiq edilən biometrik xarici pasportların fərqli cəhəti budur ki, onda vətəndaşın bütün məlumatını özündə əks etdirən çiplər mövcud olur.


Millət