Şriftin ölçüsü / 770

Turan xəyal deyil,zəruri gerçəklikdir.

03 Dekabr 2014 [12:53]
Azərbaycan tüklərinə qarşı və ümumiyyətlə Türklərə qarşı genosid siyasəti bütün gücü ilə davam edir.Bu siyasət indi başlamayıb. Türk milləti müxtəlif millətlərin marağına və milli siyasətinə əngəl olduğu üçün ,ona qarşı məhf etmə siyasəti çox şaxəli olaraq davam etməkdədir.Fars erməni,rus bunlar göz qabağında olanlardır.Fransa, Böyük Britaniya və digər dünya siyasətini müyyənləşdirən ölkələr bu siyasətin idarə ediciləridir.Burada, bu günə qədər türk millətinin yaratdığı imperiyaların təzyiqinə məruz qalmış millətləri də əlavə etsək onlarla toplum bu gün Türk millətinin yüksəlişindən qorxuya düşüblər.

Osmanlı imperiyasının dağılmağına qərar verən VERSAL SÜLH MÜQAVİLƏSİNİN İŞTİRAKÇILARI hətda Türkiyə kimi bir dövlətin yaranmağına razı deyildilər. Yerdə qalan bütün türk respublikalarının hamısının ruslar tərəfindən idarə olunmasını belə, həmin müqavilədə dəqiqliklə nəzərə almışdılar Sovet Rusiyasının tərkibinə verilmiş türk muxtar vilayətləri, avtonom respublikaları və elə Azərbaycan kimi dövlətlər tamamilə türk ruhundan uzaqlaçdırmalı,milli adı və dili dəyişdirilməli idi ,necə ki biz bu represiyaya məruz qaldıq. Sovet siyasəti,Türklərə qarşı beynəlxalq siyasətin davamı kimi,türklər tamamilə öz kökündən qopmalı yeni adla yeni milli şüurla ortaya çıxmalıydı.

Azərbaycanlı, özbək,qırğız,qazax,türkmən,tatar,qaqauz,qaraçay, və digər onlarla kiçik toplumlara bölünüb məhf edilməliyidi.Hələ mən uzaq Sibirdə yaşayan yerli türk tayfalarını,noqaylar,subirlər,xantilər,mansilər, və onlarca müxtəlif adlar altında çeşidlənib və sonradan tamamilə yer üzündən silinib getdilər.Həmin torpaqlar türk millətinin əlindən alınıb,ruslaşdırıldı.
Türk millətinə qarşı söyqırım bunula qurtarmır,represiyalar, sürgünlər, Türk ziyalısının məhfi bu gündə davam edir,hətda Türkiyə dövlətinin gözü qabağında İRANDA TÖRƏNƏN TÜRK SOYQIRIMI belə hakimiyyətdə olan siyasilərən biganəliyi ucbatından beynəlxalq səviyyəyə çıxarıla bilmir.
Sovet imperiyasının 20 yanvarda törətdiyi qanlı cinayət,Azərbaycan ərazilərinin işğalı və orda törənən soyqırım,bu gün Azərbaycan da baş verən hadisələr dünya ictimayəti tərəfindən etinasızlıqla qarşılanır. Azərbaycan Türklərinə qarşı represiya bu gündə davam edir.
Kim bu represiyada daha maraqlıdır.Mən, bizə müttəfiq olan və türk millətinə dost olacaq heç kimin adını çəkə bilmirəm.
Azərbaycan Türklərinə qarşı isə daha da aqressiv münasibət göstərilir. Sanki hamısı bir – birilə müqavilə bağlamışlar kimi,nə işğal olunmuş ərazilər qaytarılır,nə demokratik sistem bərqərar olur,nə də ki təbii sərvətlərədn xaqın istifadəsinə şərit yaradılır.Biz sankı bir millət olaraq məngənə salınıb sıxılmış bir vəziyyətdəyik.
NƏ ETMƏLİ?
Bu sual domokl qılıncı kimi daima başımızın üstündə asılacaq və bizi övladlarımız və nəvələrimiz də biz çəkdiyimiz müsibətlərdən daha çoxunu çəkəcəklər.
Azərbaycan türkləri ən acınacaqlı bir dövr yaşayır.Qurduğumuz dövlət aparatı, sanki millətimiz üçün cəza aparatına dönüb bizi avtoritar qaydalarla,yaşamaq və işləmək hüququndan məhrum edir.
Millətçi Hərəkat bir daha müqəddaratımızın öz əlimizə almağımız üçün milli birliyə,milli birliyin yaranamsı üçün milli düşncəyə yiyələnməyin məqsədə uyğun olduğunu bəyan edir.Azərbaycan türkləri bütün milli təşkilatları ilə ,şəxsi münasibətləri,şəxsi eqoizmi hisilərini bir kənara qoyub milli düşüncəli qüvvələri hakimiyyətə gətirməlidir.
Zorla ikiyə parçalanmış Azərbaycan birləşdirilməli və Türkiyə dövləti ilə, bir dövlət idarəçiliy altında formalaşmalıdır.
Bütün Türk respublikalarında milli qüvvələri hərəkətə gətirib rus idarəçiliyini ləğv etmək,TURANA gedən möhtəşəm yolu təmizləmək lazımdır.Ermənistana bu günə qədər bağışlanmış bütün torpaqlar və Dərəbnd şəhəri geri alınmalı,Krım Türkiyə dövlətinin sahibliyinə qaytarılmalıdır.
Əzəmətli TURAN övladı öz mədəniyyətinə qovuşmalıdır. Mədəniyyətin ən başlıca amili sahib olduğun ərazilrin əsil sahibinə çevrilmək və orda yaşayan Türk millətinə firavan həyat bəxş etməkdir.Dünya bizim sərvətimizi,xammalımızı,daşıyıb su qiymətinə aparır,ucuz işçi qüvvəsinindən istifadə etməklə,bizim işləmək hüququmuzu əlimizdən alıb .Hətda bugun TÜRKİYƏ dövlətinə də tam müstəqil dövlət deyə bilmirik.Çünki onun da müstəqilliyinə daima təhdir var.
Bütün bu yuxarıda yazdıqlarımı kiməsə bir maraqlı nağıl kimi təsir bağışlya bilər.Lakin mən heç bir yeni fikir demirəm.Mən tarixdə olmuş və ona layiq bilinmiş bir millətin bu gün yaşadığı ərazilərin birləşdirilməsindən başqa heç nə demədim.Ərazilərdə biz yaşasaqda, təbbi sərvətlər, nə türkmənin,nə özbəyin,nə qazağın,nə də qırğızın,nə də bizim istifadəmizdədir.Köhnə qayda ilə rusun və digər imperialist qüvvələrin əlindədir.

Sərvətimizə sahib çıxmaq üçün,əvvəl milli ideyaya sahib olmalıyıq bu milli qürur və milli şərəfə yiyələnməkdir.Milli ideya Türk hegemonluğunun bərpasıdır.Hər hakimiyyətə gələn partiya, öz hakmiyyətini qorumaq üçün Türk millətinin mili qürurunu əzərək, onun hüqüqlarını tapdalayır.
Hakimiyyətə MİLƏTÇİ HƏRƏKAT ÖZ ƏZƏMƏTLİ İDEYASI İLƏ GƏLMƏLİDİR.

Yeni heç bir fikir icad etmədən,sadə şəkildə olanlarımıza sahib çıxmaq haqqını bərpa etməliyik. Bu ərazilər, bu dövlətlər Türk millətinə aiddirsə,bu dövlətlərin qurulmasında bir millət kimi biz şəhid vermişiksə,cəfasını biz çəkmişiksə səfasınında biz görməliyik.

BİZ TÜRK İRQİNƏ QARŞI APARILAN GENOSİD SİYASƏTİNİ BİR YOLLA DAYANDIRA BİLƏRİK.

TURAN XƏYAL DEYİL,ZƏRURİ GERÇƏKLİKDİR.


Şakir Ulubəy