Şriftin ölçüsü / 677

Çeçenistanda atışmalar davam edir

05 Dekabr 2014 [14:17]
Çeçen partizanlarının "Qafqaz Əmirliyi" qruplaşmasının Çeçenistan paytaxtı Qroznıya hücumu ilə bağlı yeni xəbərlər yayılıb.

Avropa.info xəbər verir ki, yayılan məlumatlarda Çeçenistan paytaxtında savaşın hələ də səngimədiyi və xeyli sayda silahlının Qroznı küçələrində prezident Ramzan Kadırovun nəzarətindəki hökumət qüvvələri ilə vuruşduğu bildirilir.

Bu arada rus qoşunlarının Kadırova kömək üçün , Qroznıya gəldiyi və Çeçenistan paytaxtı üzərində rus helikopterlərinin uçduğu haqda məlumatlar yayılıb.

Kavkazcenter saytı isə Kadırova yaxınlarından birinin səs yazısını yayıb. Səs yazısında adı açıqılanmayan şəxs Kadırovun çox ağır durumda olduğunu və ən azı 70-80 nəfər ölülərinin olduğunu, silahlıların raket atdıqlarını qeyd edir.
Qeyd edək ki, dünən gecə saatlarında Çeçenistanın paytaxtı Qroznıda silahlılar mətbuat mərkəzinə hücum ediblər. Çeçenistan prezidenti Kadırov silahlıların öldürüldüyünü və sakitlik olduğunu bildirsə də, dünya mətbuatında Qroznı küçələrində atışmaların davam etdiyi xəbərləri yayılıb.