Şriftin ölçüsü / 665

Qalibiyyətə bərabər bərabərlik

12 Dekabr 2014 [14:17]

Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçiriləcək.

Bu gün Avropa Liqasının qrup mərhələsinin VI turuna start verilib. Apasport.az saytının məlumatına görə, qrupun yekun qarşılaşmaları ilə 1/16 finalın son vəsiqələrin sahibləri bəlli olur.

Turnirdə yeganə təmsilçimiz "Qarabağ” da meydana çıxıb. Ağdam klubunun taleyinə bu görüşdə aydınlıq gəlib.

Belə ki, F qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son sınaq qarşısında "İnter”lə üz-üzə gəlib. 1/16 final yolunda son addımını atan təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayət idi ki, "Qarabağ” bunu reallaşdıra bilməyib.
Düzdü, oyuna əlavə edilmiş 4-cü dəqiqədə Riçard Almeyda hesabı açıb. Lakin çexiyalı hakim Mioslav Zelinka qolu qeydə almayıb.

Beləliklə, "İnter”lə qolsuz bərabərə (0:0) qalan Ağdam klubu xalını 6-ya çıxararaq, qrupu 3-cü pillədə başa vurub. Ukraynada Fransa "Sent-Etyen”ini 1:0 hesabı ilə məğlub edən "Dnepr” isə qrup ikincisi kimi "İnter”lə birgə növbəti mərhələyə adlayıb.

1.

İnter

6

3

3

0

6:2

12

2.

Dnepr

6

2

1

3

4:5

7

3.

Qarabağ

6

1

3

2

3:5

6

4.

Sent-Etyen

6

0

5

1

2:3

5


Millət