Şriftin ölçüsü / 809

Gələn il Putin olmayacaq

16 Dekabr 2014 [11:11]
"İndiki Rusiya hakimiyyəti 2015-ci ilin ortalarına qədər mövcud olmayacaq”

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Oleq Ponomar öz Feysbuk səhifəsində çıxış edib.
O, Rusiyadakı vəziyyətin Ukraynadakı müharibənin nə qədər davam edəcəyindən asılı olduğunu bildirib:
"Rusiya məsələsi həll edildikdən sonra Birləşmiş Ştatlar Çinlə göz-gözə qalmaq məcburiyyətində qalacaq. Bu, artıq çox maraqlı olacaq. Məsələnin həlli çoxsaylı faktordan asılıdır. Bunların içərisində Rusiya məsələsinin necə həll ediləcəyi amili də var. Rusiyanın taleyi üçün onlarla ssenari mövcuddur. Bunlar sırasında hakimiyyətin dinc yolla dəyişimi, Rusiyanın dinc yolla parçlanması, Rusiyanın vətəndaş müharibəsi hesabına parçalanması var. Bütün hər şey Çinlə ABŞ-ın maraqları çərçivəsində həll ediləcək”.


Millət