Şriftin ölçüsü / 518

" Bu görüş hesabat, yaxud da görüntü xarakteri daşımamalıdır"

16 Dekabr 2014 [11:27]
Bakıda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bir sıra müxalifət partiyalarının nümayəndələri ilə görüşünə ilk reaksiya AMİP-dən gəldi.

 Partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucov "Reytinq" qəzetinin suallarna cavab olaraq bildirib ki:"Mən buna dialoq yox, bəzi müxalifət partiyaları ilə Prezident Administrasiyasının ictima-siyasi məsələlər şöbəninin müdiri Əli Həsənovla görüşü deyərdim. O görüşdə olan insanların bəzilərinin nəinki müxalifət, hətta, partiya kimi təqdimatı doğru olmazdı.

 Bunula bahəm hesab edirəm ki, müxalifət-iqtidar dialoqunun baş tutması, eləcə də, qarşduran düşərgələr arasında müəyyən həlimliyin və sivil münasibətlərin qurulmasında bu görüş ilk addım ola bilər. Başlanğıc üçün məqbuldur. Lakin bu görüş hesabat yaxud da görüntü xarakteri daşımamalıdır. Əslində partiyalarla belə təmaslar nə qədər çox olsa o qədər faydalıdır. Ümid edirəm ki, partiyaların, söhbət partiyalardan gedir daha üst qatlardan səsi, istək və təklifləri eşidiləcək və gələcəkdə bu proses iqtidar-müxalifət dialoquna gətirib çıxaracaq. Nəticələr barədə isə hələ tələsməməyi üstün tutardım".


Millət