Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qarabağ futbol klubunun üzvlərini qəbul
edərkən onların ədalətsizliyə uğradıqlarını qeyd etdi və bildirdi ki, bəzən Azərbaycan
da bu cür ədalətsizliklə qarşılaşır.
Bu cür
yanaşma tərzi düzgün deyil. Çünki idman sərhədsizdir, bu sadəcə futbol
hakiminin səhvidir. Biz futbol üzrə dünya cempionatlarında Türkiyə milli
komandasının üçüncü yer tutmasının, İran milli komandasının Amerika milli
komandasını məğlub etməsinin şahidi olmuşuq. Həmçinin Türkiyənin "Qalatasaray”
futbol komandasının Avropa Liqasının çempionu olduğunu görmüşük. Bu bir daha
göstərir ki, hər şey idmançların öz əlindədir. Hakimin səhvi siyasiləşdirilməməlidir.
Azərbaycan futbol hakimi Tofiq Bəhrəmovun futbol üzrə dünya çempionatında
İngiltərə milli komandasının qolunu tərddüdlərə son qoyaraq hesaba alması bunun
bariz nümunəsidir.