Şriftin ölçüsü / 637

AMİP bələdiyyə seçkilərinə münasibət bildirdi

24 Dekabr 2014 [16:54]

23 dekabrda keçirilən bələdiyyə seçkilərinə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəsmi münasibətini bildirib. Partiyanın mətxidmətindən "Millət"ə daxil olan həmin sənəddə deyilir: "Azərbaycanda 23 dekabr 2014 –cü il keçirilmiş Bələdiyyə seçkilərinə münasibət bildirərək qeyd edir ki,

-Ölkədə 4 cü dəfə keçirilmiş Bələdiyyə seçkilərində seçkiöncəsi fəallığın digər illərdəki seçkilərlə müqayisədə kəskin şəkildə aşağı olması,

- Yerlərdə əhali arasında nüfuzu olan insanların bu proseslərə qatılmaqdan imtina etməsi,

- Qeydə alınmış namizədlərin təbliğat və təşviqat kompaniyasında demək olar ki, iştirak etməməsi ,

- Əhali ilə bu istiqamətdə maarifləndirmə işiinin yarıtmaz olması,

-Seçki günü əhalinin səsvermədə son dərəcə passivliyindən istifadə edərək seçki bülletenlərin topa ilə qutulara atılması və seçicilərin müxtəlif məntəqələrdə təkrarən səs verməsi faktlarının mövcudluğu,

-Seçki dövründə yerli icra hakimiyyəti nümayəndələrinin proseslərə kobud müdaxiləsi və bir sıra digər pozuntular olmuşdur.

Bütün bunları Nəzərə alaraq AMİP hesab edir ki, 23 dekabr 2014 cü il Bələdiyyə seşkilərinin nəticələri Azərbaycanda mühüm təsisat olan bələdiyyələrin daha da nüfuzdan düşməsinə, insanların bələdiyyələrə olan münasibətinin daha da neqtiv olmasına gətirib çıxara bilər və gələcəkdə bu qurumun mövcudluğunu sual altında qoya bilər. Eyni zamanda Azərbaycanın öhdəlik götürüb təmsil olunduğu beynəxalq təşkilatların yanında insanların seçki hüququna müdaxilə kimi qiymətləndirilə bilər ki , bu da işğal altında olan ərzilərimizin geri qaytarılmasında ölkəmizi beynəlxalq dəstəkdən məhrum edə bilər."


Fərid Pəmbəkli