Şriftin ölçüsü / 879

Beynəlxalq Demokrat İttifaqı haqqında nə bilirik?

08 Yanvar 2015 [13:19]

BDİ təsisçiləri tərəfindən qəbul olunmuş prinsiplərin Bəyannaməsi, London 1983 (İngilscə, İnternacional Democrat Union İDU)

Demokratik cəmiyyətlərin siyasi liberallıq, fərdi azadlıq, qanunun aliliyi altında iqtisadi inkişaf və imkan bərabərliyi ilə bütün dünya fərdlərini ən yaxşı şərtlərlə təmin etməsi ilə bağlı ümumi fikirlərə hörmət edərək; və bu səbədən

İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsində göstərildiyi kimi, xüsusən də, söz azadlığı, əsas fərdi azadlıqlar və insan hüquqları, qeyri–zorakı təfriqə; sərbəst seçki azadlığı və dövlət üçün effektli parlament müxalifəti yaratmaq azadlığı; sərbəst və müstəqil media hüququ; dini inam hüququ; qanun qarşısında bərabərlik və fərdi imkan və firavanlıqla bağlı əsas fərdi azadlıqlar və insan hüquqları daxil olmaqla, demokratik cəmiyyətlərin əsaslandıqları tərəqqi etmiş sosial və siyasi dəyərlərə sadiq qalaraq,

Hər bir fərdin imkanlarını tam istifadə etməsi və onların əməkdaşlarının qarşısında vəzifələrini yerinə yetirməsi üçün mümkün şəraiti yaratmağa bağlı olan, əsas vəzifəsi fərdlərə xidmət etmək və onların fərdi azadlıqlarını, cəmiyyətdə bərabəriliyi inkişaf etdirmək və qorumaq, eyni zamanda hakimiyyətin azad təsisatlar arasında geniş paylandığı açıq cəmiyyətdə vahid inamlara hörmət edərək,

Ailə təsisatını sosial fundamental və vahid qüvvə kimi dəstəkləyən, eyni zamanda zəif və nisbətən məsud olmayan fərdlərə qarşı sosial öhdəlik daşıyan, xüsusən də, xidmət göstərilməsi sahəsində özünə-yardım və şəxsi işgüzar fəaliyyətdə seçim etməyi dəstəkləyən azad və açıq cəmiyyətdə mənəvi öhdəlikləri vurğulayaraq,

Ümumi rifah naminə əməkdaşlıq edib bir yerdə çalışan şəxslər cəmiyyətinə sadiq qalaraq,

Siyasi demokratiya və şəxsi mülkiyyətin fərdi azadllığın ayrılmaz hissələri olması və fərdlərin legitim arzularını qarşılamaq, infilyasiya və işsizlik kimi sosial problemlərlə məşğul olmaq, bolluq və maddi firavanlıq yaratmağın sosial yönümlü bazar iqtisadiyyatının ən yaxşı vasitələri olması ümumi fikirlərinə hörmət edərək,

Bunun fərdi təşəbbüsün və işgüzar fəaliyyətin, məsuliyyətli iqtisadi inkişafın, məşğulluq imkanlarının, aşağı vergilərin və alıcılıq seçiminin təmin olunmasının ən yaxşı və xeyirli vasitəsi olduğuna inanaraq,

İfrat Sol və İfrat Sağ tərəfindən törədilən təhlükələri nəzərə alaraq,

Bu gün bir çox azadlıqlara məhdudiyyət qoyan və daha çox səfalətə səbəb olan totalitarizmin bütün formalarını qəbul etməyərək,

Vahid əqidə tərəfindən təlqin olunaraq partiyaların zəruri, arzuolunan sıx və effektiv əməkdaşlığını təmin edən önəmli dünyəvi məsələrə hörmət edərək;

Ayrı-ayrılıqda hər bir millətin identikliyini (fərdiliyini, özəlliyini) qorumaq hüquqlarını tanımaqla, onun həyati mühüm maraqlarını qorumaqla, xüsusilə iqtisadi inkişaf üçün bütün millətlərin qarşılıqlı vəzifələrini genişləndirməklə bəşəriyyətin daha yaxşı rifahı üçün onlarlın ümdə siyasi dəyərlərini və təsirlərini istifadə etməklə demokratik millətlərin bütün xalqları arasında daimi sıx əməkdaşlıq etməsi üçün fəaliyyət göstərməyə əhd edərək,

Onların bütün dünyada daimi və ədalətli sülh və azadlığa sadiq olduqlarını bəyan edərək;

Sülhün əsasının Bəyannamədə ifadə olunan prinsiplərə uyğun olaraq irəli sürüləcəyini öncədən elan edərək;

Başqa partiyaları da onlara qoşulmağa fəallıqla dəvət edərək;

Onların vahid inamına uyğun olaraq işçi assosiasiyası yaratmağa qərar veririk.

Bundan sonra BEYNƏLXALQ DEMOKRAT İTTİFAQI adlandırılacaqdır.

Beynəlxalq Demokrat İttifaqı (BDİ) 80-dən çox Konservativ (Mühafizəkar), Xristian-Demokrat və eyni fikirli sağ və sağ-mərkəzçi partiyalardan ibarət işçi assosiasiyasıdır.

1983–cü ildə bərqərar olan BDİ, eyni əqidəli partiyaların bir araya gəlməsi və partiyaların bir–birindən öyrənməsi, birgə fəaliyyət göstərməsi, əlaqə qurması üçün siyasi və təşkilati maraqları özündə birləşdirən məsələlər ilə bağlı fikir mübadiləsi aparmaq və dünya miqyasında sağ-mərkəzçi siyasət və demokratiyanın inkişaf etdirməsi üçün forum təşkil edir. BDİ–nin təsisçi üzvlərinə Britaniyanın Baş Naziri Marqaret Tetçer, bundan başqa ABŞ vitse–prezidenti, Corc Buş, Paris Meri və daha sonra Fransa prezidenti olan Jak Şirak, Almaniyanın Kansleri Helmut Kol və bir çox başqa partiyaların liderləri daxildirlər.

Bizim Missiya

  1. Beynəlxalq Demokrat İttifaqı BDİ Bəyannaməsi Prinsiplərinə müvafiq olaraq Asiya Sakit Okean Demokrat İttifaqı (ASDİ), Afrika Demokrat İttifaqı, Avropa Demokrat İttifaqı (ADİ), Avropa Xalq Partiyası (AXP), Avropa Konservativlər və İslahatçılar Alyansı (AKİA) və Latın Amerikası Partiyaları İttifaqına üzv partiyalarınan ibarət olacaqdır.
  2. BDİ ona üzv olan partiyaların vahid fəlsəfəsini, daimi birtərəfli və çoxtərəfli əlaqələrin qurulmasını inkişaf etdirərək qarşılıqlı dəstəyi ruhlandıracaqdır və ən sonunda üzv partiyaların böyük qisminin və ya hamısının maraqlarına uyğun məsələlərlə bağlı məlumatlar və fikir mübadiləsi aparmaq üçün forumlar təşkil edəcəkdir.

Ölkələr yalnız fərdi, azad və təşəbbüskar rəqabətli sahibkarlıq iqtisadiyyatı əsasında və fədlərin azadlıqları, liberal demokratiya qayələrinin tanınmasını təkmilləşdirdikləri təqdirdə imkanlarını tam olaraq inkişaf etdirə bilərlər. Bu gün bir ölkənin ideyasının sabah başqa birisinin siyasəti olduğu müasir dünyada BDİ–nin rolu tam aydındır.

BDİ vasitəsilə ona üzv partiyalar siyasət fikirlərini bir-biri ilə mübadilə edir, bir–birinə seçkilərdə və siyasi mübahisərlərdə qalib gəlməyə yardım edir. Həm tam BDU–nin, həmçinin onun regional Birliklərinin və Təşkilatlarının daimi illik iclaslari keçirilir. BDU–nin rəsmiləri hər üç və ya dörd ildən bir keçirilən Partiya Liderlərinin iclaslarında seçilirlər.

BDU–nin İcraçı İclaslarında yerli və aktual məsələrlə əlaqədar brifinq keçirilir, eyni zamanda üzvlüyə müraciət edən partiyalar nəzərdən keçirilir. İcraçı Toplantılar və BDU–nin Xarici İşlər üzrə Daimi Komitəsinin iclaslarından başqa BDİ həmçinin Gənc Liderlər Forumu kimi tədbirlər keçirir və bundan başqa da faktların təyin olunması, seçkilərin müşahidəsi kimi missiyaları üzərinə götürür. Respublika Konvensiyasına müvafiq olaraq hər dörd ildən bir əsas mühüm tədbir həyata keçirilir, sonuncu belə tədbir 2012–ci il sentyabrda Tampada (Florida, ABŞ) keçirlimişdir.

BDİ, həmçinin siyasətçilər və partiya işçiləri üçün kampaniya seminarları da təşkil edir. Bu tədbirlər kampaniya texnologiyası haqqında informasiya mübadiləsini, maddi vəsaitlər bazası texnikasını, səsvermə fikirlərini, reklam və kampaniya təşkilatçılığını əhatə edir. BDİ eyni fikirli, sağ- mərkəzçi partiyalarının seçkilərdə uğur qazanmalarını asanlaşdırılması üçün fikir və təcrübə mübadiləsi aparmalarında əsas rol oynayır.

Yeri gəlmişkən, bir daha xatırladaq ki, Azərbaycan Milli İstiqlal Partiyası 1996-cı ildən bu nüfuzlu qurumun-Beynəlxalq Demokrat İttifaqının üzvüdür. Partiyanın Lideri Etibar Məmmədov isə 2005-ci ildən BDİ-nin sədr müavinidir.


Millət