Şriftin ölçüsü / 733

ABŞ Ukraynanı silahlandıra bilər

04 Fevral 2015 [12:46]
Pentaqon Ukraynaya letal (öldürücü) silahlar verilməsi məsələsini nəzərdən keçirir.

Ukraynanın "112.ua” saytının verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, kontr-admiral Con Kirbi bəyan edib. O bildirib ki, ABŞ müdafiə idarəsində Ukraynaya letal silahların verilməsi uzun müddətdir öyrənilir və hazırda bu məsələ masadadır.

"Hazırda bizim Ukraynaya və Ukrayna təhlükəsizlik qüvvələrinə yardımlarımız qeyri-letal xarakterlidir. Lakin biz son aylar ərzində Ukrayna hökumətinin bütün yardım tələblərini – həm letal, həm də qeyri-letal – nəzərdən keçirməyə davam edirik”, - deyə C. Kirbi söyləyib.

C. Kirbi Ukraynaya konkret nə vaxt silah verilə biləcəyi haqda heç nə deməyib: "Mən bilmirəm, "nəzərdən keçirilir” sözünə "fəal” kəlməsi əlavə etmək tələb olunurmu? Nəzərdən keçirilirsə, deməli, nəzərdən keçirilir”.

Qeyd edək ki, "The Wall Street Journal” qəzeti Pentaqonun Ukraynaya "Javelin” tank əleyhinə daşına bilən raket sistemləri verilməsi barədə Ağ Ev qarşısında məsələ qaldırdığını yazıb.


Millət