Şriftin ölçüsü / 623

Beynəlxalq güclərin səyləri nəticə vermir

09 Fevral 2015 [15:18]
Almaniyanın kansleri Angela Merkel Ukrayna böhranını müzakirə etmək üçün Vaşinqtona yollanıb. Bu gün o, ABŞ prezidenti Barak Obama danışıqlar aparacaq. Gözlənilir ki, Merkel ölkəsinin Ukraynaya silah verməyin əleyhinə olduğunu Vaşinqtonda da ifadə edəcək.

Xatırladaq ki, ABŞ Rusiyanın təcavüzünə qarşı Ukraynaya müdafiə silahları vermək istəyindədir. Almaniya isə bunun əleyhinə çıxır. Merkel Münhen təhlükəsizlik konfransında da ölkəsinin mövqeyini təkrarlayaraq, Ukraynanı silahlandırmağı münaqişənin həllinə kömək kimi görmədiklərini deyib.

Bununla yanaşı, Merkelin Vaşinqton danışıqları fevralın 11-də Minskdə keçiriləcək dörtərəfli görüşə hazırlıq məqsədi də daşıya bilər. Fevralın 11-də Minskdə Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin görüşü planlaşdırılıb.