Şriftin ölçüsü / 646

AMİP beynəlxalq təşkilatlar qarşısında tələb qoydu

27 Fevral 2015 [18:33]

Milli İstiqlal Partiyası qondarma Dağlıq Qarabağ Respublikasında keçiriləcək qondarma seçkiləri qeyri-hüquqi və qeyri-qanuni sayır.

Apaılan danışaqlar prosesində bu seçkilərin keçirilməsi Ermənistanın və separatçı-quldur rejimin problemin sülh yolu ilə həll olunmasında maraqlı olmadığını göstərirməklə Minsk Qrupunun fəaliyyətinə bir daha kölgə salaır , danışıqlar prosesinin məhsuldar olmasına şübhələri artırır.

AMİP heasab edir ki, problemin dinc yolla həll olunması missiyasını öz üzərinə götürmüş Minsk Qrupuna daxil olan həmsədr dövlətlər bu qondarma seçkilərə öz münasibətlərini dərhal bildirməlidirlər.

Beynəlxalq təşkilatlar və seçki inistitutları , bilavasitə ATƏT beynəlxalq hüquq normalarına zidd olan bu seçkiyə qiymət verməli , qondarma seçkilərdə iştirak etmək istəyən fiziki və hüquqi şəxsləri bu seçkilərdə iştirakdan yayındırmağa çalışmalıdır.


Fərid Pəmbəkli