Şriftin ölçüsü / 739

Qəzəbli kütlənin qarşısında heç kəs duruş gətirə bilməyəcək

02 Mart 2015 [15:48]
Manatın birdən-birə kəskin dəyərdən düşməsindən ciddi probləmlər ortaya çıxdı. Əhali banklarda dollarla kreditə kreditə görə müəyyən məbləğdə uduzdu və əlavə xərcə dusdu. Ölkədə balaşma yaranmağa başladı. Amma bu qədər narazılıq fonunda müxalifət hər hansı bir proses yarada bilmədi. Narazılığı istiqamətləndirərək siyasi aktivliyi artıra bilmədi.

Bu və ya digər məqamlarla bağlı Mia.az-a açıqlalma verən politoloq Əli Orucov deyib ki, hökümətin yürütdüyü pul-kredit siyasətinin fəsadları getdikcə daha çox özünü hiss etdirəcək:

"Xüsusən də, əhalinin az təminatlı təbəqəsi bundan daha çox əziyyət çəkəcək. Hökumət nə qədər vədlər versə də, infilyasiyanın iki rəqəmli olacağına şübhə edilmir. Bu isə ölkədə ciddi sosial börharını təhlükəli həddə çatacağından xəbər verir. Əhali təkcə banklardan ziyana düşmədi, həm də bankların amansız istismarına məruz qaldı. İqtidar xalqı yenə də aldatdı, onun son tikəsini də əlindən alma yolunu tutdu. Onsuz da daxildə ciddi gərginliklər və radikallaşma artan xətlə inkişaf etməkdə idi. Müxalifətin bu narazlıqlardan proseslər yarada bilməməsinin səbəblərinə gəlincə isə, onu deməliyəm ki, müxalifət bu gün öz daxili problemlərinin həlli ilə məşğuldur. Eyni zamanda əhalinin də bu müxalifətə o qədər inanmadığı və ona güvənmədiyi də şərtlər daxilindədir.

Təəssüflə onu da qeyd edim ki, müxalifət iqtidarla konfrantasiyaya getmək həvəsində deyil. Əvvəlki illərdən fərqli olaraq gücsüz duruma düşürülən müxalifət daha çox hakimiyyətdən pay qopracağına və hansısa kompromis əldə edəcəyinə ümid edir. Ona görə də əvvəlki ritorika da yoxdur, əvvəlki tələblər də. Lokanik desək, iqtidarın xoşuna gəlmək və gözünə girmək bəhsinə düşüblər. Siz özünüz də müşahidə aparsanız görərsiniz ki, müxalifətin düşərgəsi "yumşaq və nəzarət olunan demokratiya” xəttini götürüb və iqtidara hansısa qarşıdurmaya gedib münsibətlərinin korlanacağın arzulamır.


 Bu da ondan xəbər verir ki, müxalifət partiyalarının əksəriyyəti xalqın deyil, korporotiv maraqların, şəxsi çıxarların təmin edilməsinə çalışır. Amma böhran və sosial partlayış həddi iqtidarla yanaşı, indiki "əl və ələbaxan müxalifət”i də vuracaq. Çünki yeni hərakat, yeni proses özünün yeni liderlərini və başçılarını meydana çıxarır. Pis halda isə qəzəbli kütlənin qarşısında heç kəs dürüş gətirə bilməyəcək və bu kütlə qarşısına çıxacaq hər şeyi tapdalayıb keçəcək. Bu isə arzuolunmaz haldır”.