Şriftin ölçüsü / 652

Ötən ay bəzi ərzaq məhsulları 42,2 % bahalaşıb

05 Mart 2015 [15:17]
30 növlük ərzaq malları səbətində 28 məhsul bahalanıb - qoyun əti (+5,2%), qarabaşaq (+42,2%), quş içalatı (+7,1%), quş əti (+3,7%), qənd (+7%), un (+16,4%), düyü (+18,3), süd (+16%), peçenye (+23,8%), xiyar (+25%), kərə yağı (4,7%), marqarin (+10%), ağ pendir (+9%), pomidor (+20%), günəbaxan yağı (+4).
Təkcə yumurta (-10%) və ət (-7,7%) ucuzlaşıb.
Yay deflyasiyasından sonra fevralda yenidən bahalanma başlayıb. Şübhəsiz, fevralın yekununa AMB-nin 21 fevralda manatın 33% devalvasiyası qərarı da təsir edib.
Martın ilk günləri qiymətlər bahalanır və ərzaq növlərinin də qiymətləri qalxır. Azərbaycanın ərzaq və qida xammalı idxalından asılılığı 60%-dir.


Nazilə