Şriftin ölçüsü / 756

Almaniya mövqeyini dəyişir

05 Mart 2015 [17:44]
Rəsmi Berlin Ukraynada vəziyyətə görə Rusiyaya qarşı uzunmüddətli sanksiyaların tətbiq olunmasının tərəfdarı deyil.

ANS PRESS-in məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer mətbuata verdiyi müsahibədə bildirib.

O deyib ki, mən Avropanın uzun müddət Moskvadan üz döndərəcəyini ehtimal etməzdim. İndiki münaqişəni həll etmək, siyasi qərara nail olmaq üçün uzun müddət, onilliklər lazım olsa belə, bacardığımız hər şeyi etməliyik.

XİN rəhbəri həmçinin vurğulayıb ki, Rusiya hakimiyyətini yerində, danışıqlar stolunda oturtmaq üçün sanksiyalar lazım idi.


Millət