Şriftin ölçüsü / 560

Ölkə sosial partlayışın bir addımlığındadır

06 Mart 2015 [14:43]
Azərbaycanda sosial-iqtisadi durum ağırlaşdıqca xalqın narazılığı da buna müvafiq surətdə artmaqdadır. Maraqlıdır, hakimiyyət gərginliyin pik həddə çatacağı, xalqla açıq qarşıdurmanın qaçılmaz olacağı təqdirdə Qarabağda müharibəni tətikləyə və beləliklə də ümumxalq narazılığının məcrasını bu yolla dəyişə bilərmi?

Məsələ ilə bağlı Moderator.az saytı və "Hürriyyət” qəzetinə açıqlama verən AMİP Mərkəzi Şurasının üzvü, politoloq Əli Orucov hakimiyyətin müharibə variantından istifadəsinin nəzəri baxımdan mümkünlüyünü vurğulasa da, bunun praktiki baxımdan reallaşacağına inanmadığını qeyd etdi:

"Manatın birdən-birə 35 faiz ucuzlaşması ərzaq məhsullarını və diər gündəlik tələbat mallarını 50-100 faiz bahalaşdırdı.Ölkədə bütün qiymətlər birinci kosmik sürətlə qalxdı. Hökümət xalqı sakitləşdirmək üçün güya bahalaşmaya qarşı mübarizə aparmaq görüntüsü yaramşa çalışsa da, bu alınmadı. Çünki bahalaşmanın kökünü kömrükdə, banklarda və vergidə axtarmadığından pərakəndə satışla bunu qarşısını almaq mümkün olmazdı. Sadaladığım həmin üç dövlət qurumuda soyğunçuluq dövlət səviyyəsində davam edir. Bütün bunlar isə cəmiyyətdəki narazılığı daha da dərinləşdirməkdədir. Hakimiyyətdən narazı qalanların sırasına xırda iş adamları, aşağı səviyyəli dövlət məmurları, orta biznes strukturları da əlavə olundu. Hətta, bu etirazlar getdikcə radikal və nifrətedici fon almaqdadır. Üstəlik də korrupsiyanın, rüşvətin, qanunsuz vergi yığmaların, monopoliya, özbaşınalıqlar, soyğunçuluq kimi hallar dözülməz durum yaradıb. İnsanların artıq səbr kasası daşmaq üzrədir. Ölkə sosial partlayışın bir addımlığındadır. Belə bir təhlükəli vaxtda diqqəti daxili narazılıqlardan yayındırmaq üçün hakimiyyətin çıxış yolu kimi Qarabağda yeni bir müharibənin başlamasını bəlkə də nəzərdən keçırə bilər. Bu bir həqiqətdir ki, iqtidar daxili və xarici təzyiqlərdən və narazılıqlardan yayınmaq üçün zaman-zaman müharibə kartından və erməni faktorundan istifadə edib. Böhranlı anlarda həm Azərbaycan, həm də Ermənistah hakim dairələri üçün müharibə və Qarabağ problemi kart-blanş olub. Bu problemdən həm hakimiyyətlər özlərinimüdafiə, həm də şantaj aləti kimi bəhrələniblər. Anacaq Dağlıq Qarabağ münaqişəsi beynəlmiləlləşdiyindən nə Azərbaycan nə də Ermənistan hakimiyyətləri birtərəfli qaydada müharibəyə başlamaq risqini göz altına ala bilməzlər. Bu həmin hakimiyyətin siyasi iflası və siyasi səhnədən birdəfəlik getməsinə səbəb ola biləcək nəticələr verə bilər. Bunula belə müvəqqəti olaraq daxili sakitliyi yaratmaq, diqqəti yayındırmaq, müəyyən müddətə hesablanmış milli-vətənpərvərlik ovqatı yaratmaq, sosial ədalətsizlikdən, mövcud böhrandan doğan nifrətin, qəzəbin və kinin düşmənə yönəldilməsi məqsədi ilə cəbhə xəttində atəş kəs pozula bilər, hansısa əməliyyatlar aparıla bilər. Lakin bunu total müharibəyədək gedib çıxacağı inandırıcı deyil. Cənubi Qafqazda, xüsusən də Ermənistanla-Azərbaycan arasında silahlı mühaqişənin yenidən başlanmasına regionda marağı olan supergüclər imkan verməz. Amma mən çox istərdim ki, Qarabağ problemi hakimiyyətlərin siyasi oyun vasitəsinə çevrilməsin, müharibə başlasın və torpaqlarımızı işğaldan azad edək”.



Seymur Əliyev


Millət