Şriftin ölçüsü / 720

Neftin bareli 60 dollardan yuxarı qalxmayacaq

06 Mart 2015 [14:54]
İran neft şirkətinin səlahiyyətlisi Qamsari, neft qiymətlərinin 2016-cı ilə qədər 60 dolları keçməsini gözləmədiklərini bildirib: "Neft qiymətlərinin 2016-cı ilə qədər 60 dolları keçməsini gözləmirik. Ondan sonra nə olacağı isə məlum deyil. Sanksiyaların qaldırılacağı halda isə, bazardakı payımızı artırmağı təbii və hüquqi haqqımız sayırıq",- deyə Qamsari bildirib. Xatırladaq ki, ABŞ və Avropa Birliyinin nüvə proqramını dayandırması üçün İran üzərində təzyiqi artırmaq üçün 2012-ci ildən bu ölkədən neft idxalatını məhdudlaşdıran bir sıra iqtisadi sanksiya qəbul edib.


Millət