Şriftin ölçüsü / 518

TRT Radiosu yeni layihəsi ilə Guinness Rekorlar kitabına düşməyi planlaşdırır

11 Mart 2015 [15:50]

TRT Radiosu yeni layihəsi ilə Guinness Rekorlar kitabına düşməyi planlaşdırır. ‘’ Dünyanın Ən Radio ‘’ adlı proqram TRT vasitəsi ilə dünyaya yayımlanacaq. Türkiyənin ən geniş radio yayım şəbəkəsinə malik olan TRT Radiosu Guinness Rekorlar kitabına namizəd ola biləcək proqramı həyata keçirməyi planlaşdırır. ‘’Düyanın Ən Radio‘’ programı 19 Mart 2015 tarixindən etibarən Azərbaycan, Almaniya və Bosniya Herseqovinadan yayımlanacaq. Bu yayımlar üçün məşhur simalar Bakıda toplanacaq.

Dünyanın Ən Radio Proqramının Bakıda keçiriləcək qalasina tanınmış simalardan Bayj və Erkan Yavaş dəvətlidirlər. Bu program TRT və İTV-nin ortaq layihəsi olaraq reallaşacaq. Bu layihəyə Türkiyə Radio yayımcılığının 88 illik yubileyində TRT Baş Direktoru Şenol Göka və TRT Radio Yayımlarının Sədri Amber Türkmen rəhbərliyində imza atıldı.

Proqram TRT FM –dən həftənin cümə axşamları Bakı saatı ilə 21.00- 23.00 arası Ankara, İstanbul və İzmir studiyalarından 3 nöqtədən tək proqram tərtibatçısı ilə canlı bağlantılarla dinləyicilərin qonağı olacaq.

19 Mart 2015 tarixində isə 3 fərqli ölkə Azərbaycan, Almaniya və Bosniya Herseqovinadan yayım həyata keçiriləcək. Yayım hazırlıqları Dünyanın 3 qitəsi Amerika, Avstraliya və Asiya eləcədə Sakit, Atlantik, Hind okeanlarından həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd bu yeniliklərin Guinness Rekorlar kitabına düşməsidir.

Dünya mediasının da marağına səbəb olan Dünyanın Ən Radio proqramının əməkdaşlarının rəsimləri aşagıdadır.


Nazilə