Şriftin ölçüsü / 1100

Azərbaycan yığmasının oyunçusu Türkiyədə Novruzu qeyd etdi

20 Mart 2015 [16:32]
Azərbaycan Milli Futbol Yığmasının və Türkiyənin Karşıyakaspor klubunun oyuncusu Mahir Şükürov dünən İzmiridə yaşayan həmvətənliləriylə bayramlaşdı. Azərbaycan Kardaşlik və İşbirliyi Dərnəyini ziyarət edən milimizin onuru 2 saata yaxın soydaşlarımızla bir yerdə olmanın mutluluğun yaşayıb. O, səmimi söhbət zamanı vaxt azlığından şikayət etsə də, burda olmaqdan memnun olduğunu, Azərbaycan ücün darıxdıqda dərnəyə üz tutacağına eham vurarak zarafatlarından da qalmayıb.

Görüşde coxunluğu unversteli genclər olan soydaşlarımızda Mahir Şükürovu çox səmimi qəbul ediblər. Şükürov da azarkeş soydaşlarının sorduğu sorulara səmimi olarak cavab verib.

Hətta səmimi söhbət zamanı Azerbaycan futbolunun indiki durumundan da danışıldı. M.Şükürov ümüdlü olduğunu, dövlətin bu sahədə də ciddi işlər görməyə başladığını bildirdi.

Sonda Şükürov üzərində şərəflə daşıdığı 4 saylı formasını AKİDER-in sədr müavini Cavid Əliyevə imzalayaraq təqdim etdi. C.Əliyev də öz növbesində dərnəyin onur üyesi olaraq Şükürova AKİDERin döş nişanını teqdim etdi.


Sel Can