Şriftin ölçüsü / 677

AMİP rəhbərliyi Avropaya səfər edir

20 Mart 2015 [16:51]

Avropa Xalq Partiyası (EPP) rəhbərliyinin dəvəti ilə AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq Əlaqələr katibi Elşən Mustafayevdən ibarət AMİP nümayəndə heyəti 22 – 26 mart tarixlərində Brüsselə işgüzar səfərə yola düşür. Səfər çərçivəsində Avropa Xalq Partiyasının sədri cənab Jozef Doul, AXP Baş katibi Antonio Lopez-İsturiz və AXP rəhbərliyində təmsil olunan digər rəsmi şəxslərlə görüşlər keçirələcəkdir. AXP rəhbərliyi ilə görüş zamanı AMİP-in AXP-yə üzvlük məsələsi də müzakirə olunacaqdır.

Səfər proqramına eyni zamanda AMİP rəhbərliyinin Avropa İttifaqı Qonşuluq və Genişləndirmə siyasəti komissarı Johannes Hahnla, Vilfred Marttens Avropa Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə, həmçinin Şərq Tərəfdaşlığı Təşkilatı Ofisinin rəhbərliyi, eləcə də Avropa Parlamentində bir sıra parlament üzvləri ilə görüşlər daxildir.


Elmir Rəhimov