Şriftin ölçüsü / 821

Sabiq prezidentə 20 il həbs verildi

21 Aprel 2015 [15:11]
Qahirənin cinayət məhkəməsi keçmiş prezident Məhəmməd Mursi və "Müsəlman qardaşları" hərəkatının 14 funksioneri barəsində 20 il müddətinə həbs qərarı çıxarıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müttəhimlərdən Azadlıq və Ədalət Partiyasının sədr müavini İsam Aryan, təşkilat fəalı Məhəmməd Baltaqi 2012-ci ilin dekabrında prezident iqamətgahı yaxınlığında baş verən iğtişaşlarda 6 nümayişçinin öldürülməsində və yüzlərlə şəxsə xəsarət yetirməkdə təqsirli biliniblər.

Bir sıra hüquqşünasların sözlərinə görə, əgər onlara ittihamlar tam sübuta yetirilərdisə, ölüm cəzası ilə üzləşə bilərdilər.


Millet