Şriftin ölçüsü / 855

Türkiyə ilə Azərbaycanın bir yerdə olması erməni kimi məkrli düşmənə ən layiqli cavabır

24 Aprel 2015 [16:48]
Bu gün AMİP rəhbərliyi Çanakkala zəfərinin 100 illiyi münasibəti ilə Bakının azad olunması zamanı şəhid olmuş Türk əsgərlərinin şərəfinə Şəhidlər Xiyabanında ucaldılmış abidəni ziyarət edib.

Abidənin önünə əklil qoyulmuş və şəhidlərin xatirəsi yad edilmişdir. Ziyarət iştirakçıları Çanaqqalada şəhid olmuş soydaşlarımızla qürur duyduqlarını bildirərək işğal altında qalan torpaqlarımızın azad olunması üçün hər an mücadiləyə hazır olduqlarını bir daha bəyan etmişlər.

Abidə önündə çıxış edən AMİP sədri Yusif Bağırzadə bildirib: "Ermənilərin özü tarix boyu ədavəti, qisasçılığı, nifrəti, terroru dövlət siyasətinə çevirdikləri halda qondarma "soyqırıma” məruz qalmalarını iddia etməklə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Türklər tarix yazıb, imperiyalar qurub. Xalqlar arasında sülh və dostluq yaradıb. Elm və mədəniyyət sahəsində bəşəriyyətə böyük tövhələr veriblər. Ermənilər "soqyırım” iddiaları ilə yazıq və əzabkeş cildinə girərək, havadarlarının dəstəyi ilə xülyalarında olduqları "Böyük Ermənistan” yaratmaq istəyirlər. Onlar anlamırlar ki, böyük dövlətlərin əlində kiçik alətə çevrilərək, özlərini təcrid vəziyyətə salıblar”.

Partiya sədri onu da vurğuladı ki, "Türkiyə böyük dövlətir və bu dövləti hər hansısa adla və bəhanələrlə əzmək, sıxışdırmaq, tutduğu yolundan döndərmək mümkün deyil. Saysız hesabsız cinayətlər törədən, əli türk qanına batan, torpaqlarımızı istila edən ermənilərin layiq olduqları cavabı Türk-Azərbaycan qardaşlığı lazimi səviyyədə verib. Türkiyə ilə Azərbaycanın bir yerdə olması məncə, erməni kimi məkrli düşmənə ən layiqli cavabır. Fərq etməz Türk yurdu uğrunda canından keçən şəhidlərin hamsısı bizimdir. Bu istər Çanaqqalada, istər Qarabağda, istər Doğu Türküstanda, və dünyanın harasında olursa olsun bunu heç bir fərqi yoxdur”.


Fərid Pəmbəkli