Şriftin ölçüsü / 697

Türkiyədə prezident üsul-idarəsi gücləndirilir

30 Aprel 2015 [16:42]
Türkiyənin prezident idarə üsuluna ciddi ehtiyacı var. Trend-in "TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, prezident respublikası forması Türkiyəni gücləndirəcək.

Prezident qeyd edib ki, parlament idarə üsulu ölkənin ehtiyaclarına cavab vermir.

Bundan əvvəl Baş nazir Əhməd Davudoğlu da bildirmişdi ki, ölkədə prezident idarə üsulunun tətbiq edilməsi lazımdır.

Ötən il prezident seçkiləri zamanı da R.T.Ərdoğan bəyan etmişdi ki, ölkə prezident respublikası quruluşuna keçməlidir: "Bu, ölkənin davamlı inkişafına fayda verə bilər”.

O bu məsələni prezident seçkilərindən sonra qaldıracağını demişdi.

Qeyd edək ki, Türkiyə hazırda parlament respublikasıdır, prezident məhdud səlahiyyətlərə malikdir.


Millət