Şriftin ölçüsü / 589

Türkiyəli mütəxəssislər ATU-da rezidentlər üçün seminar keçirdilər

12 May 2015 [10:48]

Bu həftə Azərbaycan Tibb Universitetində (ATU) Türkiyəli mütəxəssislərin iştirakı ilə rezidentlər üçün seminarlara start verilib. Tədbirdə Türkiyənin Cümhuriyyət Universitetinin Tibb fakültəsinin əməkdaşları iştirak ediblər.

Mevlana Mübadilə Proqramı çərçivəsində baş tutan seminar zamanı Sivas şəhərində yerləşən Cümhuriyyət Universitetinin Ümumi Cərrahlıq kafedrasınınCərrahi Onkologiyaşöbəsinin professoru Kurşat Karadayı "Bədxassəli peritoneal mezoteliomada hipertermik kimya perfuziyası" mövzusunda mühazirə ilə çıxış edib. Döş qəfəsi cərrahlığı kafedrasınındosenti Şülə Karadayı isə "Emfizema zamanı həcm azaldıcı əməliyyatlar" və "Pnevmotoraks" mövzuları ilə bağlı məlumatları açıqlayıb.

Səfər zamanı türkiyəli mütəxəssislər həmçinin ATU-nun Tədris-Cərrahiyyə Klinikasında gənc müəllim və rezidentlərlə görüşüblər, klinikalarda yaradılmış şərait, iş rejimi ilə tanış olublar. Daha sonra türkiyəli qonaqlar ATU-nun Xarici Əlaqələr üzrə prorektoru Rəhimə Qabulova ilə də görüşüblər.

Görüş zamanı ATU-nun rezidentlərinin Sivasdakı Cümhuriyyət Universitetində təcrübə keçməsinin təşkili ilə bağlı məsələ müzakirə olunub. Universitetlər arasında rezident mübadiləsinə dair protokolun hazırlanması və yaxın zamanlarda imzalanmasına dair ilkin razılıq əldə olunub. Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov, ATU-nun Mevlana Mübadilə Proqramı üzrə koordinatoru İsmayıl Əfəndiyev iştirak ediblər.

Qeyd edək ki, növbəti həftə Cümhuriyyət Universitetinin professorları ATU-nun Onkoloji Klinikasında rezidentlər qarşısında mühazirə ilə çıxış edəcək, həmçinin rezidentlərin ATUREK konfransına da qatılacaqlar.


Nazilə