İnsan alveri probleminə dair maarifləndirmə aparılır
25 May 2015 [17:42]
Məqsədi yeniyetmə və gəncləri İnsan alveri mövzusunda maarifləndirmək və məlumatlılığını
artırmaq olub
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi və İnsan Alverinə Qarşı
Mübarizə üzrə QHT Koalisiyası birgə 10 saylı Symqayıt Peşə Liseyində (Sumqayıt
şəhəri, Koroğlu küçəsi) "İnsan alveri probleminə dair maarifləndirmə və bu növ halların müəyyən
edilməsi üçün monitorinq işlərinin aparılması” mözusunda tədbir keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə
Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis
polkovnik- leytenanantı Orxan Səfərov, Liseyin direktoru Filman İsmayılov və İnsan Alverinə Qarşı
Mübarizə üzrə QHT Koalisiyasının sədri, "XXI Əsrin Qadınları” İctimai
Birliyinin sədri Mahirə Əmirhüseynova tədbirdə
iştirak edən liseyin müəlim və şagirdlərinə insan alverinə qarşı mübarizənin
mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və
əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə
də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər
barədə məlumat verilib.
Sonda insan alverinə həsr olunmuş film nümayiş olunub və iştirakçılara bukletlər paylanıb.