Şriftin ölçüsü / 649

Azərbaycan pulunu aldığı qazı Türkiyəyə vermir

02 Iyun 2015 [18:29]
Türkiyənin Hesablama Palatası (Sayıştay) BOTAŞ şirkətinin Azərbaycandan 2,733 milyard kubmetr qazı ala bilmədiyini üzə çıxarıb.

Bu barədə Fətullah Gülənə bağlı "Zaman” qəzeti Hesablama Palatasının BOTAŞ-da apardığı yoxlamaların nəticələrinə istinadən yazıb.

Hesabata əsasən BOTAŞ Azərbaycanla "al və ya ödə” prinsipi ilə bağlanmış qaz alqı-satqı müqaviləsi əsasında pulunu əvvəlcədən ödədiyi halda milyardlarla kubmetr ucuz qazı ala bilməyib.

Türkiyənin Hesablama Palatası bildirib ki, BOTAŞ Azərbaycandan pulunu artıq ödədiyi qazı ancaq 2016-cı ilin sonuna qədər ala biləcək. 2013-cü ildə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə bildirmişdi ki, 2014-cü ilin sonuna qədər pulu ödənilin alınmayan 1 kubmetr də qaz qalmayacaq.

Qəzetin yazdığına görə, adının açıqlanmasını istəməyən "ekspertlər” bu vəziyyəti "skandal” kimi qiymətləndirir. Həmin mənbələrə gör Türkiyə təbii qaz idxal etdiyi ölkələrə havayı kredit verən ölkə vəziyyətinə düşüb.
Ekspertlər deyiblər ki, əgər BOTAŞ Azərbaycandan ucuz qazı ala bilsəydi, tarifləri aşağı salmaq imkanında olardı.

BOTAŞ son illərdə Rusiya, İran və Azərbaycana ala bilmədiyi qaza görə 3,1 milyard dollar pul ödəməli olub. Türkiyə bu ilin yanvar-mart ayları ərzində İrandan aldığı qazın min kubmetrinə 431 dollar, Rusiyaya 377 dollar və Azərbaycana 290 dollar ödəyib.

BOTAŞ Azərbaycandan ildə 6,6 milyard kubmetr qaz almalıdır. "Al və ödə” prinsipinə görə, pulu ödənilən qaz Azərbaycandan 4 il ərzində geri alınmalıdır. Ancaq Hesablama Palatası aşkara çıxarıb ki, BOTAŞ 2010-2013-cü illərdə Azərbaycandan 2,735 milyard kubmetr qaz ala bilməyib. (Virtualaz.org)


Millət