Şriftin ölçüsü / 485

Türkiyədə çox şeyləri dəyişəcək nəticələr

08 Iyun 2015 [18:18]
Milyonlarla vətəndaş səs vermək üçün məntəqələrə yollanıb. Türkiyədə 53 milyon seçici 25-ci parlament seçkilərində iştirak edib. Seçkidə 20 partiya, 165 bitərəf namizəd təmsil olunub. 45 milyondan çox seçici səs verib. Keçərlil səs sayı isə 44 milyondur.

"Evet” yazılan möhürlər səhər yerli vaxtla saat 8:00-dan etibarən seçicilərin ixtiyarına verilib. 17:00-da başa çatan səsvermədə 18 yaşı tamam olmuş 1 milyon vətəndaş ilk dəfə səs verib.

***
Artıq nəticələr açıqlandı, HDP 13.10 faiz səs toplayaraq lazım olan səddi keçib, hakim partiya isə gözlədiyi səsi toplaya bilməyib və təkbaşına iqtidar olma şansını itirib.

Nəticələr

AKP - 40.85
CHP - 24.96
MHP - 16.3
HDP - 13.1


Gülnar